Qusarda badminton idman növü üzrə şimal zona birinciliyi keçirilib. Bu haqda ShimalNews 31 oktyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Olimpiya İdman Kompleksində baş tutan yarışda Qusar, Quba və Siyəzən rayonlarından 35 nəfər idmançı mübarizə aparıb. Qalib idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə mükafatlandırılıblar.
Birincilikdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktor müavini Vüsal Mehdiyev, məşqçi-müəllimlər iştirak ediblər.