Qusarda yeniyetmələr arasında sambo üzrə rayon açıq turniri keçirilib. Bu haqda ShimalNews 6 may tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində təşkil edilən tədbir Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunub. Birincilikdə 120 nəfər idmançı iştirak edib. Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.