Şahmat üzrə Qusar rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 13 may tarixində məlumat verir.
Tədbir “Simurq” Kulturologiya Mərkəzində baş tutub. Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan yarış uşaq və yeniyetmələr arasında təşkil edilib.
Tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, sektorun əməkdaşları, məşqçi müəllimlər və 4 yaş qrupu üzrə 100 şahmatçı iştirak edib. Qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə mükafatlandırılıblar.