“Quba - İdman Paytaxtı 2024” çərçivəsində 3x3 basketbol idman növü üzrə yarış baş tutub.
Shimal.News xəbər verir ki, 1-ci Nügədi kənd 1 saylı orta məktəbin idman zalında 33 basketbolçu mübarizə aparıb.
Çempionatın sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunublar.