Quba Olimpiya İdman Kompleksində bilyardın “Sərbəst Piramida” intizamı üzrə “Quba Open” adlı turnir baş tutacaq. Bu haqda ShimalNews 15 may tarixində məlumat verir.
Yarışa mayın 18-i saat 11:00-da start veriləcək. Təşkilatçılıq Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Bilyard Federasiyasının və Quba Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində təmin ediləcək.