Bu gün Qubada üçüncü "Ulduz Cup" beynəlxalq futbol turnirinə start veriləcək.
Shimal.News-un məlumatına görə, 27 avqustadək davam edəcək yarışda Azərbaycanla yanaşı, Özbəkistan, Polşa və Türkmənistan komandaları da mübarizə aparacaq.
Turnirin açılış mərasimi saat 15:00-da keçiriləcək.
İlk turun oyunları isə belə olacaq:
16:00 – "Ulduz" FA 🇦🇿 – "Bunyodkor" 🇺🇿
17:30 – "Zirə" 🇦🇿 – "Drukarz" 🇵🇱
Qubada futbol bayramının bir neçə gün davam edəcəyi turnirdə müxtəlif ölkələrdən gələn komandalar meydanda güclərini sınayacaqlar.