Qubada yeniyetmə və gənclər arasında üzgüçülük üzrə rayon açıq birinciliyi keçirilib. Bu haqda ShimalNews 27 noyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Olimpiya İdman Kompleksində təşkil edilən yarışda Bakı və Qubadan ümumilikdə 60 nəfərə yaxın idmançı iştirak edib. Qaliblər RGİİ tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
Tədbir Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.