Rayonlar üzrə həftənin idman afişası hazırlanıb. Bu barədə ShimalNews 19 iyun tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
19 - 25 iyun tarixləri aralığında keçiriləcək yarışlar aşağıda təqdim edilib:
İsmayıllı rayonu
- "Sağlam bədəndə sağlam ruh olar" devizi altında kikboksinq üzrə açıq dərs - 19 iyun, saat 18:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
Quba rayonu
- 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş cüdo üzrə açıq rayon birinciliyi - 25 iyun, saat 11:00 (Cüdo İdman Klubu).