Türkiyənin ODTÜ Amputant Futbol Klubu Qubada təlim-məşqdədir. Bu haqda ShimalNews 17 may tarixində məlumat verir.
ODTÜ ilə Azərbaycan Milli Amputant Futbol Komandasının iştirak etdiyi toplanışlar Olimpiya İdman Kompleksində keçirilir. Məşqlər Milli Amputant Futbol Komandasının 23 nəfərdən ibarət məşqçı və oyunçu heyəti, eyni zamanda Türkiyənin ODTÜ Amputant Futbol Klubunun 9 nəfər futbolçusu ilə Quba rayon Timiryazev kəndinin futbol stadionunda aparılır.