Quba şəhərində yeniyetmə və gənclər arasında taekvondo üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 28 noyabr tarixində məlumat verir.
Taekvondo zalında baş tutan tədbirdə 100 nəfərdən artıq idmançı müxtəlif çəki dərəcələrində gücünü sınayıb. Birinciliyin qalibləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.