Türkiyənin Ankara şəhərində "MULTİ AVROPA" oyunlarında Qubadan olan idmançımız qaliblər pilləsinə yüksəlib. Bu haqda ShimalNews 27 may tarixində məlumat verir.
Məryəm Cəfərova 24-26 may tarixlərində taekvondo üzrə 41 kq çəki dərəcəsində mübarizə aparıb və gümüş medal qazanıb. O, 5 döyüşdə qalib gələrək yalnız finalda Xorvatiya taekvondoçusuna uduzub.
Daha öncə Türkiyədə keçirilən “Turkish Open” turnirində Məryəmin qızıl medal qazandığı haqda xəbər vermişdik.