Qubada şagirdlər Azərbaycanın Əməkdar idman ustası ilə tanış olacaqlar. Bu haqda ShimalNews 14 may tarixində məlumat verir.
“İdmançılarımızı tanıyaq və tanıdaq” adlı layihə çərçivəsində təşkil edilən görüşdə Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat Paralimpiya Oyunları, ikiqat dünya və səkkizqat Avropa çempionu, 2015 Avropa Oyunlarının qalibi, Əməkdar məşqçi, 7-ci dan sahibi, Qarabağ qazisi İlham Zəkiyev iştirak edəcək.
Tədbir mayın 14-ü saat 12:00-da Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbdə keçiriləcək.