Quba rayonunda bələdiyyə komandaları arasında futbol üzrə birinciliyə start verilib. Bu haqda ShimalNews 31 may tarixində məlumat verir.
Bağbanlı Qəsəbə Stadionunda “Quba City” və “Lider” (Bağbanlı) komandalarının qarşılaşması 5:1, “Vladimirovka” və “Barlı” komandalarının oyunu isə 1:1 hesabı ilə bitmişdir.
Birincilik Regional Gənclər və İdman İdarəsi və Quba Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edib və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.