Quba rayonunda bələdiyyə komandaları arasında futbol üzrə birinciliyə start verilib. Bu haqda ShimalNews 10 may tarixində məlumat verir.
Yarışı Regional Gənclər və İdman İdarəsi və Quba Rayon İcra Hakimiyyəti birgə təşkil edib.
Bağbanlı Qəsəbə Stadionunda ilk oyun Bağbanlı və Alpan komandaları arasında keçirilib. 10 iyun 2024-cü il tarixədək davam edəcək matçlarda Alpan, Barlı, Bağbanlı, Hacıhüseynli, Vladimirovka, Atuc, Qəçər-Zeyid, Lider Bağban, Quba City, Zərdabi komandaları mübarizə aparacaqlar.