top
Vətən müharibəsinin 5-ci günü: XRONİKA
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 5-ci günü: XRONİKA

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi.

Hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edirik.

1 oktyabr - müharibənin 5-ci günü

- Vətən müharibəsinin beşinci gününün sonunadək düşmən bütün cəbhə boyunca tutduğu mövqelərdən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib. Vətən müharibəsi başladığı gündən bəri düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi sıradan çıxarılıb.

Bu barədə hərbi informasiya mərkəzində keçirilən brifinqdə məlumat verilib.

- Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb. Dövlətimizin başçısı Belarus Prezidentini Ermənistan tərəfinin törətdiyi təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları barədə məlumatlandırıb.

- Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki əhali arasında həlak olanların sayı 19-a, xəsarət alanların sayı 55-ə çatıb. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

- Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən ilk görüntülər yayılıb. Görüntülərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin həmin ərazilərdə möhkəmləndiyi əks olunub. Kadrlardan görünür ki, orda məhv edilən xeyli sayda düşmən texnikası, silah-sursat qalıb.

Ermənistan ordusunun bölmələri Tərtər şəhərini, Ağdamın Gül Baharlı kəndini, Füzulinin Horadiz şəhərini və Arayatlı kəndini, Goranboy rayonunun Tapqaraqoyunlu kəndini, Aşağı Ağcakənd qəsəbəsini və digər yaşayış məntəqələrini ağır silahlardan atəşə tutublar. Bu müharibə cinayətləri nəticəsində onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 18:15

Xaçmaz sakinlərinin nəzərinə: hazır sənədlər bu tarixlərdə veriləcək

İqtisadiyyat
Dünən, 17:40

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Hadisə
Dünən, 17:03

Zaqatalalı 2 uşaq atası Rusiya-Ukrayna müharibəsində öldü

Hadisə
Dünən, 16:45

Quba-Xınalıq yolunda sürüşmə - Hərəkət qismən bərpa olundu - YENİLƏNİB

Cəmiyyət
Dünən, 16:25

Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hadisə
Dünən, 15:38

Qubada şagirdi avtomobil vurdu, vəziyyəti ağırdır

Hadisə
Dünən, 14:45

Qubada ağacdan yıxılan kişi öldü

Hadisə
Dünən, 14:01

Xaçmazda məktəblini avtomobil vurdu

Hadisə
Dünən, 13:30

Lahorda qusarlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA

Hadisə
Dünən, 12:36

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Hadisə
Dünən, 11:43

Pakistanda təcavüzə uğrayan qusarlı qız Azərbaycana gətiriləcək

Cəmiyyət
Dünən, 11:40

Qusara düşən yağıntının miqdarı 26 mm-dir

Hadisə
Dünən, 10:30

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Cəmiyyət
Dünən, 09:59

Vətən müharibəsinin 4-cü günü: XRONİKA

Cəmiyyət
Dünən, 09:26

Oktyabrda Şimalın havası necə olacaq?

Hadisə
29 sentyabr 2026, 18:23

Qusarlı qadının Pakistan səfəri dəhşətlə bitdi: 3 nəfər təcavüz etdi

Cəmiyyət
29 sentyabr 2026, 17:34

Qusar icra başçısından nümayəndəyə: "Sakinlərin sözünü kəsməyin"

Hadisə
29 sentyabr 2026, 16:55

Qubada iki avtomobil toqquşub

Cəmiyyət
29 sentyabr 2026, 16:05

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Cəmiyyət
29 sentyabr 2026, 15:19

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Cəmiyyət
29 sentyabr 2026, 14:25

Şimalın gündəmi: Balakəndən Xudata qədər niyə eyni problemlər təkrarlanır?

Hadisə
29 sentyabr 2026, 13:30

Qubada arvadını döyən kişinin maaşından 6 ay pul tutulacaq

Cəmiyyət
29 sentyabr 2026, 12:35

Biri daş daşıyır, biri düzür: Şamaxı sakinləri öz hesablarına yol təmir edirlər

Oxşar xəbərlər