Xaçmaz rayonunda Səyyar "ASAN xidmət" tərəfindən vətəndaşlara verilən hazır şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının təhvil verilmə tarixi bəlli olub.
Məlumata əsasən, sənədlərin verilmə tarixləri aşağıdakı kimidir:
18, 21 sentyabr tarixlərində müraciət edənlər üçün sənədlər 30 sentyabr 2026-cı il;
22, 23 sentyabr tarixlərində müraciət edənlər üçün sənədlər 2 oktyabr 2026-cı il;
24, 25 sentyabr tarixlərində müraciət edənlər üçün sənədlər 5 oktyabr 2026-cı il tarixində təqdim olunacaq.
Qeyd olunan tarixlərdə saat 15:00-dan sonra sənədlər Xaçmaz rayon polis şöbəsinə təhvil veriləcəkdir. Vətəndaşlardan müvafiq tarixlərdə sənədlərini götürmələri xahiş olunur.