8 ay sonra eyni mənzərə: Xaçmazda qəbiristanlığı yenidən su basdı
Xaçmaz rayonunun Hacıəlibəyi kəndində yağan leysan yağışlar ciddi fəsadlara səbəb olub. Shimal.News xəbər verir ki, güclü və intensiv yağışlar səbəbindən kənd qəbiristanlığını su basıb.Onu da xatırladaq ki, oxşar hadisə cari ilin mart ayının 28-də də baş verib. Həmin tarixdə də yağış suları qısa müddətdə ərazini bürüyərək məzarların üzərinə qədər qalxıb.