İsmayıllıdan olan velosipedçi qız gümüş medal qazanıb
Bakı şəhərində velosipedlə çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçirilib.
Shimal.News xəbər verir ki, İsmayıllı klubunun velosipedçisi Suvar İsayeva 15 km məsafədə qrup ötüşməsində gümüş medala sahib olub. Onun məşqçisi Oleq Ravçeyevdir.