Bu gün İsmayıllıda məktəbli oğlanlar arasında basketbol idman növü üzrə rayon birinciliyi baş tutub. Bu barədə ShimalNews 26 sentyabr tarixində Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
Turnir 27 Sentyabr - Anım Gününə həsr olunub. O, E.Məmmədov adına 3 saylı məktəb-liseydə Gİİ və Təhsil sektoru ilə birgə keçirilib. Tədbirdə adıçəkilən qurumların əməkdaşları, məktəb-liseyin direktoru, fiziki tərbiyə müəllimləri və məktəblilər iştirak ediblər. Sonda qalib komandalara Gİİ-nin diplomları təqdim olunub.
Birinciliyin keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək, yeniyetmə və gənclərdə vətəndaşlıq, vətənpərvərlik hissi aşılamaq, onlarda basketbol idman növünə marağın artırılmasıdır.