İsmayıllı Olimpiya İdman Kompleksində kütləvi idman tədbiri keçirilib. Bu haqda ShimalNews 12 yanvar tarixində məlumat verir.
"Cüdo hamı üçün" devizi altında baş tutan tədbirin məqsədi yeniyetmələrin fiziki və mənəvi sağlamlığına töhfə verməkdir. Toplantı zamanı məktəblilər məşqçinin rəhbərliyi ilə müxtəlif fiziki hərəkətlər yerinə yetiriblər.