İsmayıllıda şahmat idman növü üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 5 dekabr tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə (RGİİ) istinadən məlumat verir.
12 Dekabr - Heydər Əliyevin anım gününə həsr olunmuş idman tədbiri Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutub. Hazırda davam edən birincilikdə Dağlıq Şirvan RGİİ-nin rəis müavini və əməkdaşları, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru və müəllimləri, məktəblərin bədən tərbiyəsi müəllimləri və şagirdləri iştirak edirlər.
Qaliblər yarışın yekununda RGİİ-nin diplom və medalları ilə təltif olunacaqlar.