İsmayıllı rayonunda həvəskarlar arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilib. Bu haqda ShimalNews 24 noyabr tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Şəhidlərin xatirəsinə həsr olunmuş yarış Heydər Əliyev adına Parkda təşkil edilib. Turnirin 1-cisi Qüdrət Adıgözəlov olub. Seyran Abdullayev 2-ci, Ayaz Əsədov və Kamran Hümmətli 3-cü yerləri qazanıblar.
Qaliblər DŞR Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.