İsmayıllı rayonunda idman tədbiri keçirilib. Bu barədə ShimalNews 15 iyul tarixində rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Heydər Əliyev prospektində təşkil olunan tədbir çərçivəsində Xüsusi Təyinatlı Kikboksinq Klubunun rəhbəri Bayram Qəhrəmanovun rəhbərliyi ilə kikboksinq idman növü üzrə nümunəvi çıxışlar edilib.
Bu cür tədbirin təşkilində məqsəd idmanın geniş kütlə arasında təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli keçirilməsindən ibarətdir.