İsmayıllıda kütləvi idman tədbiri keçirilib. Bu haqda ShimalNews 7 iyul tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
"Cüdo hamı üçün" devizi altında baş tutan tədbir İsmayıllı Olimpiya İdman Kompleksində təşkil edilib. Burada iştirakçılara cüdo idman növü haqqında geniş məlumat verilib və məşqçilərin rəhbərliyi ilə müxtəlif hərəkətlər yerinə yetirilib.
Əsas məqsəd kütlə arasında cüdo idman növünün təbliği, idmana marağın artırılmasıdır.