İsmayıllı rayonu atletləri qış ölkə birinciliyində 4 medala sahib olublar. Bu haqda ShimalNews 12 fevral tarixində məlumat verir.
2009-2010-cu il təvəllüdlü idmançılar arasında Mehdi Abbaszadə 60 və 200 m məsafəyə qaçışda, Şamxal Həsənzadə isə uzunluğa tullanmada 5.73 m nəticə göstərərək qızıl medal qazanıblar. Digər atletimiz Zəhra Şirəliyeva 1500 m məsafəyə qaçışda bürünc medala layiq görülüb.
Atletlərimizi və onların məşqçisi Bənövşə İsmayılovanı təbrik edirik.