Xaçmaz rayonunun futbolçuları (U-10) Respublika birinciliyinin qalibi olublar. Bu haqda ShimalNews 23 oktyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Matç Siyəzən şəhərində keçirilib. Bu oyunda “Xaçmaz” FK “Qusar” FK ilə qarşılaşıb. Yekunda “Xaçmaz” FK 4:3 hesabı ilə qələbə qazanıb.