Xaçmazın “Şimal” və paytaxtın “Hypers” komandaları arasında bu gün final matç keçiriləcək. Bu haqda ShimalNews 24 may tarixində məlumat verir.
Şamaxı Şəhər Stadionunda saat 16:00-da başlayacaq görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək. Eləcə də hakimlər Pərvin Talıbov, Elşad Abdullayev və Elvin Bayramov olacaqlar.
VAR: Rauf Allahverdiyev;
AVAR: Müslüm Əliyev;
Hakim-inspektor: İmanxan Sultani.