Qusarın futbol komandası Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsində ev sahibi olacaq. Bu barədə ShimalNews 28 noyabr tarixində məlumat verir.
Yarış noyabrın 29-u Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. “Şahdağ Qusar” və “Qaradağ Lökbatan” komandaları meydana çıxacaqlar.
Oyunun hakimləri Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev və İslam Məmmədov təyin ediliblər.