Bələdiyyə komandaları arasında futbol idman növü üzrə Qusar rayon birinciliyinin növbəti oyunları keçirilib. Bu barədə ShimalNews 29 may tarixində məlumat verir.
Köhnə Xudat kənd futbol meydançasında 3-cü tur keçirilib. Günün nəticələrinə etibarən “Qusar” - “Həzrə” komandalarının qarşılaşması 3:1, “İmamqulukənd” - “Xürel” komandaların qarşılaşması isə 4:2 hesabı ilə bitmişdir.
Oyunlar həftə ərzində hər gün keçirilir.