AFFA-nın təşkilatçılığı ilə iyunun 8-də İsmayıllıda futbol üzrə “Bahar turniri” keçirilib. Bu barədə ShimalNews 10 iyun tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində 12 yaşadək məktəbli qızlardan ibarət 8 komanda mübarizə aparıb. Nəticədə 6 saylı tam orta məktəb 1-ci yeri, Topçu kənd tam orta məktəb 2-ci yeri, 5 saylı tam orta məktəb isə 3-cü yeri tutub.
Yarış zamanı fərqlənənlər də olub:
Ən yaxşı oyunçu - 5 saylı tam orta məktəbin şagirdi Zəhra Hüseynova;
Ən yaxşı qapıçı - Topçu kənd tam orta məktəbinin şagirdi Nuray Vəlizadə;
Ən məhsuldar oyunçu - 5 qolla 6 saylı tam orta məktəbin şagirdi Nigar Əliyeva.