“Hypers” futbol klubu gələn mövsümdən Qubanı təmsil etmək və bölgəyə köçmək niyyətindədir. Bu barədə ShimalNews 8 iyun tarixində “Offsideplus.az”a istinadən məlumat verir.
Komanda yeni mövsümdən II Liqada mübarizə aparacaq.
"Quba məsələsi doğrudur. Belə bir variant var. Onun üzərində işləyirik. Biz də istəyirik ki, rayonlarda futbol inkişaf etsin, orada çıxış edək. Burada azarkeş amili də var. Tərəfdaş nə qədər çox oldu, futbolçular bir o qədər motivasiya olurlar. İnşallah, hər şey yaxşı olacaq. Çalışacağıq ki, II Liqada “Hypers”i yaxşı təmsil edək”, - deyə baş məşqçi Vüqar Nadirov bildirib.