Quba şəhərində 20-26 may tarixlərində boks üzrə kadetlər arasında ölkə birinciliyinin final mərhələsi baş tutacaq. Bu haqda ShimalNews 8 may tarixində xəbər verir.
Keçiriləcək yarışda ölkə üzrə 250 idmançının iştirak edəcəyi gözlənilir.