Xaçmazın futbol komandası üçün Azərbaycan 2-ci Liqanın 8-ci turu uğurlu oldu.
Shimal.News xəbər verir ki, bu gün Şamaxı OİK stadionunda “Şimal” və “Füzuli” qarşılaşması baş tutub. Görüş 3:0 hesabla bitib.
Qolların müəllifləri Tural Cəlilov, Tofiq Nəsibov və Pərviz Azadov olublar.