top
Qubada kişi qızından boşanmaq istəyən kürəkənini döydü
07 yanvar 2026, 14:00
- +

Qubada kişi qızından boşanmaq istəyən kürəkənini döydü

Quba rayonunda 70 yaşlı kişi ailə münaqişəsi zəminində kürəkəninə xəsarət yetirib. 

Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin noyabrın 5-də baş verib. 1956-cı il təvəllüdlü Məsim yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı kürəkəni Xəlili (adlar şərtidir – red.) yumruqla vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Məsimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən Məsim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, noyabrın 5-də, saat 19 radələrində kürəkəni Xəlil zəng edib və qızıyla boşanmaq istədiyini bildirib: 

"Mən də bu səbəbdən əsəbləşərək evə gəldim. Evə gəldiyim zaman Xəlildən evin giriş qapısında niyə görə qızımla boşanmaq istədiyini soruşdum. O, "yaxşı edirəm, boşanıram" dedi. Xəlilin bu sözündən qəzəbləndim və üzündən yumruqla vurdum, onu yerə yıxdım. Daha sonra mübahisəmiz sonlandı".

İş üzrə ifadə verən Xəlilin sözlərinə görə, 2 ildir ki, ailə qurub və 1 övladı var: 

"Qayınatam Məsim ilə bir mənzildə yaşayırıq. Saat 19 radələrində Məsimə zəng etdim və ona qızı ilə aramızda mübahisə olduğu üçün boşanmaq istədiyimi bildirdim. Məsim həmin vaxt mənimlə telefonda kobud danışdı. Daha sonra saat 20 radələrində Məsim işdən evə gəldi və evin girişində qəzəblənərək üzümdən yumruqla vurdu. Mən yerə yıxıldım. Daha sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim".

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən Məsimin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

İdman
Bu gün, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
Bu gün, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
Bu gün, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
Bu gün, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Bu gün, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

Oxşar xəbərlər