top
Namiq Məna: Cəsarətli Quba camaatına təşəkkürümü bildirirəm
05 yanvar 2026, 16:20
- ↺ +

Namiq Məna: "Cəsarətli Quba camaatına təşəkkürümü bildirirəm"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tanınmış meyxana ustası Namiq Məna Quba rayonunda yağan qar səbəbilə qızının ailəsi ilə birlikdə qəzaya düşməsi barədə hadisənin təfərrüatlarını açıqlayıb.

N.Məna deyib ki, yayılan xəbərlər şişirdilməyib və doğrudur.

Onun sözlərinə görə, təbiət hadisəsindən heç kim sığortalanmayıb:

"Şıltaq qış ayı özünü büruzə verir. Quba dağlarında qış sərt keçir. Hadisə olan vaxt mənfi beş-altı dərəcə şaxta olub. Qızım ailəsi ilə birlikdə avtomobildə gedərkən maşın yerində iki-üç dəfə fırlanıb və dərəyə doğru yuvarlanıb. Bunu sürücü məsuliyyətsizliyi, səriştəsizliyi və səhlənkarlığı kimi dəyərləndirirəm. Sürücü kürəkənim olub. Quba yolları ona bir qədər yaddır. Bir müddət Rusiyada yaşayıb. Oranın buzlu, şaxtalı yolları ilə bizim yollar arasında ciddi fərq var. Düşünüb ki, sürmək olar. Həmin yolda sərt döngələr mövcuddur. Hadisə axşam saat 19:00–20:00 radələrində baş verib. Bu saatlar artıq havanın daha da soyuduğu vaxtdır. Buz qatı sərtləşir. Kürəkənimdə özünə arxayınlıq olub ki, sərt döngələrdə manevr edə bilər. Nəticə isə belə olub.

Şükür Allaha, ciddi xəsarət alan olmayıb. Maşın dərəyə yuvarlananda təkər gicitkən kollarına ilişib və partlayıb, nəticədə dayanıb. Yoxsa yuvarlanaraq dərədən aşar, ciddi fəsad törədə bilərdi. Allahın hər anına şükürlər olsun, yəqin ki, məsləhət belə imiş. Sarsıntı keçiriblər, amma təkrar edirəm, ciddi xəsarət almayıblar.

Nəvəmin 12 yaşı var. Sanki hadisə olacağını əvvəlcədən duyub. Planşetlə hadisəni çəkib. Deyirəm ki, niyə sona qədər çəkməmisən? Həmin vaxt onu bir az güldürdüm. Dedi ki, "Baba, planşet əlimdən yerə düşdü, yoxsa sona qədər çəkəcəkdim". Soruşdum ki, qorxmamısan? Dedi ki, yox. Bildirdim ki, qorxmaq lazım deyil, hadisədən heç kim sığortalanmayıb.

Həmin an maşının içində sıxışıb qalmışdılar. Ürək-dirək verirdim. Belə ciddi hadisələrdə hər zaman soyuqqanlı olmağa çalışıram, amma inanın, bir neçə gün keçəndən sonra görüntülərə yenidən baxıram və indi daha çox təsir edir. Doğrudan da, böyük bəladan qurtarıblar.

Qonaqpərvər, cəsarətli Quba camaatına təşəkkürümü bildirirəm. Hadisə zamanı dərhal kənd camaatı öz dəstəyini göstərdi. Təvazökarlıqdan uzaq olaraq demək istəyirəm ki, mənim övladım olduğunu bildikdə çox səmimi və isti münasibət göstərərək kömək etdilər.

Ümumiyyətlə, son iki-üç gündür telefonum susmur, zənglər səngimir. Xalqımıza minnətdarlığımı bildirir, bayramlarını təbrik edirəm. Bu sevgiyə görə sonsuz təşəkkür edirəm. Xalqımızın nə qədər diqqətcil olduğunu bir daha gördüm. Tanıdığım və tanımadığım insanlar zəng etdilər".

(Pravda.az)

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Faydalı
Bu gün, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Bu gün, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Bu gün, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Oxşar xəbərlər