top
Ağsu dolaylarında bomba həyəcanı: Polisi aldadan keçmiş məhkum həbs edildi
01 iyul 2026, 09:01
- ↺ +

Ağsu dolaylarında bomba həyəcanı: Polisi aldadan keçmiş məhkum həbs edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağsuda polisə yalan məlumat verən şəxs həbs edilib.

Hadisə Ağsu şəhəri, Nizami küçəsi 12 ünvanında baş verib.

Rayon sakini, 1982-ci il təvəllüdlü Sərxan Məmmədov (ad və soyad şərtidir) əvvəllər məhkum olunub və 2022-ci ildə cəzasını başa vurduqdan sonra azadlığa buraxılıb.

O, bir neçə gün əvvəl evində spirtli içki qəbul edib. Spirtli içkinin təsiri altında olarkən Daxili İşlər Nazirliyinin (DİN) 102 Xidməti Zəng Mərkəzinə zəng edərək bildirib ki, 2022-ci ildə həbsdən azad olunsa da, məşğulluq xidməti tərəfindən işlə təmin edilməyib. Bu səbəbdən Ağsu dolaylarını bağlayacağını və həmin yola partlayıcı maddə (bomba) yerləşdirəcəyini deyib. Daha sonra mobil telefonunu söndürərək yaşadığı evin qapısını bağlayıb.

DİN-in 102 Xidməti Zəng Mərkəzinə daxil olan müraciətlə bağlı polis əməkdaşları həmin ünvana gəlsələr də, o, qapını açmayıb və izahat verməkdən imtina edib. Daha sonra polis əməkdaşları onu rayon polis şöbəsinə aparıblar.

Hadisə ilə bağlı inzibati protokol tərtib olunaraq iş məhkəməyə göndərilib. Ağsu Rayon Məhkəməsinin qərarı ilə S.Məmmədov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Mənbə: Oxu.az

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Bu gün, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Bu gün, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Bu gün, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Bu gün, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Bu gün, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Bu gün, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Bu gün, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Bu gün, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Bu gün, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Bu gün, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Bu gün, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Bu gün, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Bu gün, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Bu gün, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Bu gün, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Bu gün, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Bu gün, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Bu gün, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Oxşar xəbərlər