Xaçmaz rayonunda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş təmizlik aksiyası baş tutub.
ShimalNews xəbər verir ki, iməcilik Tel kəndi ərazisində yerləşən meşə massivində təşkil edilib. Əraziyə atılmış plastik və digər tullantılar gənclər tərəfindən təmizlənib.
Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin Xaçmaz bölməsi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz sektorunun birgə təşkilatçılığı ilə keçirilib.