top
Vətən müharibəsinin 41-ci günü – XRONİKA
06 noyabr 2024, 00:01
- +

Vətən müharibəsinin 41-ci günü – XRONİKA

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 6-ı növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.

Shimal.News Vətən müharibəsinin 41-ci günü baş verən hadisələrin xronikasını təqdim edir:

Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bəzi yerlərində şəxsi heyətini və hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib.

Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb.

Düşmənin minaatanlarının atış nöqtələrinə və döyüş mövqelərinə zərbələr endirilib.

Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

Düşmənin komandir heyəti də daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki “KamAZ” maşını və qoşqusunda top olan üç “Ural” maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilib.

Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 6-dək 92 nəfər həlak olub, 404 nəfər isə xəsarət alıb, 3064 ev, 100 yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:49

Şəkili məzunun beynəlxalq uğuru

Cəmiyyət
Bu gün, 17:00

İcra başçısı Məhsim Məhsimovu təltif etdi

Cəmiyyət
Bu gün, 16:09

Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşdü

Hadisə
Bu gün, 15:29

Qaxda iki avtomobil toqquşdu, 2 nəfər xəsarət aldı

İdman
Bu gün, 15:12

Qubada bir ilk-Yeniyetmələr arasında beynəlxalq qolf turniri

İdman
Bu gün, 14:05

Qusarda Respublika Şahmat Olimpiadasına start verildi

Hadisə
Bu gün, 13:35

Milli Məclisin qubalı sabiq əməkdaşı vəfat etdi

Cəmiyyət
Bu gün, 12:50

Şabranda selin izləri silinmir

Hadisə
Bu gün, 11:49

İsmayıllıda tonlarla çətənə kolu məhv edildi

Kriminal
Bu gün, 10:50

Qızını öldürən qubalı məhkum həbsxanada öldü

Cəmiyyət
Bu gün, 09:54

Qaxda Aqrar Biznes Festivalı keçirilib

Cəmiyyət
Bu gün, 09:22

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

Cəmiyyət
Dünən, 17:40

Quba sanatoriyasında oğurluq iddiaları: Qonaqlar niyə istirahəti yarımçıq qoyur?

Kriminal
Dünən, 17:06

Ər arvadını bıçaqladı, sonra özünü öldürdü

Hadisə
Dünən, 16:01

Qubalı gənclərin dəniz faciəsi: 4 dostdan biri həyatını itirdi

Cəmiyyət
Dünən, 15:31

Balakəndə 4 min arı ailəsi təhlükədə

Cəmiyyət
Dünən, 14:02

Qubanın iki kəndində qaz olmayacaq

Hadisə
Dünən, 13:30

Qubada avtomobil aşdı: Yaralananlar var

Hadisə
Dünən, 12:48

20-ci mərtəbədən yıxılan Şabran sakini öldü

Hadisə
Dünən, 11:54

Balakənin sabiq gömrük rəisinə cinayət işi açıldı

İqtisadiyyat
Dünən, 11:02

Balakəndə ekoloji təmiz enerji istehsalı davam edir

Hadisə
Dünən, 10:15

Siyəzəndə avtoxuliqanlar saxlanıldı

Cəmiyyət
Dünən, 09:15

Qəbələdə Moldova kollektivləri festivala rəng qatdılar

Hadisə
Dünən, 08:50

Şəkidə 58 yaşlı kişi yanaraq ölüb

Oxşar xəbərlər