top
Vətən müharibəsinin 27-ci günü – XRONİKA
23 oktyabr 2024, 00:01
- ↺ +

Vətən müharibəsinin 27-ci günü – XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 23-ü növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.

Vətən müharibəsinin 27-ci günü Prezident İlham Əliyev “X” (əvvəllər “Twitter”) platformasındakı paylaşımında işğaldan azad edilən yaşayış məntəqələrini elan edib: Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli; Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini; Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri.

44 günlük Vətən müharibəsinin 27-ci günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.

Prezident İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, mühüm ərazi və yüksəkliklər azad edilib. Bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı (PUA) zərəsizləşdirilib, digər iki PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib. Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən bir taktiki pilotsuz uçuş aparatı məhv edilib.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 12:00-dək 63 mülki şəxs həlak olub, 298 nəfər xəsarət alıb, 2156 ev, 90 çoxmənzilli yaşayış binası və 398 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin darmadağın olunmasının, həmçinin yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikasının məhv edilməsinin videogörüntülərini paylaşıb.

Müdafiə Nazirliyi cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələrinin və döyüş texnikalarının, artilleriya bölmələrinin və komanda məntəqəsinin məhv edilməsi ilə bağlı videogörüntülər yayıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Bu gün, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Bu gün, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Bu gün, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Bu gün, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Bu gün, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Bu gün, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Bu gün, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Bu gün, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Oxşar xəbərlər