top
“Qusar” sözünün mübahisəli mənşəyi
29 noyabr 2022, 20:00
- +

“Qusar” sözünün mübahisəli mənşəyi

"Qusar" adının yaranması haqqında müxtəlif fikirlər mövcuddur. Qusarın adının yaranmasını ləzgi, türk, ərəb, macar, rus və digər dillərin sözləri ilə əlaqələndirirlər.

Tədqiqatçı Sədaqət Kərimovanın “Qusar, qusarlılar” adlı kitabında “Qusar” adının ləzgilərin kas tayfasının adından götürülməsi qeyd olunur. Kas tayfası haqqında ilk dəfə Herodot (e.ə 484-425-ci illər) “Tarix” kitabında məlumat verib. Onun sözlərinə görə, “kas” sözü cəm şəkildə “kasar” kimi qeyd olunur. Zaman keçdikcə bu söz ləzgi dilindəki “КцIар” (Qusar) formasını almışdır.

Digər müəlliflər Qusar adını rus və macar dilindəki süvari polkunun adı ilə əlaqələndirirlər. “Qusar” Macarıstanda 1458-ci ildə yaranmış “huszar” adlı süvari qoşununa deyilir. Rus dilində isə həmin süvari qoşun “qusar” adlandırılır. Ruslar ilk dəfə Qusarda öz polklarını 1839-cu ildən, Quba üsyanından sonra saxlayıblar. Lakin həmin qoşun süvari yox, piyada polku idi. Həmçinin rus süvari polkları Qafqaza gələnə qədər “Qusar” adı mövcud idi.

Tarix elmləri doktoru M.M.İxilov ləzgi qrupu xalqlarına həsr etdiyi əsərində “Qusar” toponiminin ləzgi mifologiyasına əsaslanaraq, “ğutsar” (гьуцар - allahlar) sözündən yarandığını qeyd etmişdi.

Professor Qeybulla Qeybullayev “Qusar” sözünün qaraqalpaqlar adlı türk xalqının Kosar tayfasının adından götürüldüyünü deyir.

Tarixçi Tofiq Əhmədov “Qusar” sözünü türklərin qədim “quz” (qus, uz) tayfası ilə əlaqələndirir. Azərbaycan sovet ensiklopediyasına istinad olaraq, quzzlar (quzlar) türkdilli oğuz tayfasının ərəb mənbələrində işlədilən addır.

Gürcü alimi G.G.Georqadzenin fikrincə, “Qusar” toponimi eramızdan əvvəl II minillikdə Kiçik Asiyada mövcud olmuş, hazırda Türkiyənin Tuz gölünün şərqindəki Xett dövlətinin Qussar (Kussar) şəhərinin adından götürülmüşdür.

1896-cı ilin məlumatlarına əsasən, Qusarın adı “Yeni Quba” kimi verilmişdir. Bəzi müəlliflər Qusarın ilkin adının “Qeysəri” olduğunu da qeyd edirlər.


İstinad edilən mənbələr:


  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  • Azərbaycan toponimlərin ensiklopedik lüğəti. Bakı-2007.

  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.

  • М.М. Ихилов. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов. Махачкала-1967.

  • Г.А.Гейбуллаев. Топоними Азербайджана. Баку-1986.

Son xəbərlər

Hadisə
Bu gün, 14:39

Şamaxıdan olan görkəmli hüquqşünas Arif Əliyev vəfat edib

Cəmiyyət
Bu gün, 14:35

Şabranda ekoloji fəlakət - Tullantılara kim nəzarət edir?

Cəmiyyət
Bu gün, 12:57

Xaçmazlı hərbçiyə general-leytenant rütbəsi verildi

Faydalı
Bu gün, 11:11

Bakı–Qəbələ–Bakı qatarlarının qrafiki dəyişir

Kriminal
Bu gün, 10:34

Balakəndə qarğıdalı sahəsində 21 kiloqram narkotik aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 09:42

Siyəzəndə "Elvin" kafesində yanğın baş verib - VİDEO

Hadisə
Bu gün, 08:44

Oğuzda mal tövləsi yanaraq yararsız vəziyyətə düşüb

Faydalı
15 avqust 2026, 18:00

Qubada avtomobillərin sayı 25 mini ötüb

Cəmiyyət
15 avqust 2026, 17:42

Xaçmazda xəstə şəxsin görüntülərini paylaşaraq pul yığan şəxs cəzalandırılıb

İdman
15 avqust 2026, 17:33

Şimalın 6 rayonunda küləklə bağlı sarı xəbərdarlıq

İdman
15 avqust 2026, 16:50

"Zaqatala"da yeni təyinatlar

Hadisə
15 avqust 2026, 15:59

Ağdaşda avtomobil su kanalına düşüb

Cəmiyyət
15 avqust 2026, 14:37

Oğuzda sel təhlükəsi: Qalaçaya 7 ağır texnika cəlb olunub

Cəmiyyət
15 avqust 2026, 14:03

Ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir

Cəmiyyət
15 avqust 2026, 13:03

Quba–Qusar yolunda təhlükəli ərazi – VİDEO

İdman
15 avqust 2026, 12:18

Qusarda izdiham: Kəndlərarası voleybol çempionatı baş tutdu

Hadisə
15 avqust 2026, 11:29

Xaçmazda bir gündə iki ata iki oğlunu bıçaqladı

Cəmiyyət
15 avqust 2026, 11:16

Təkrar zəlzələ gözlənilir - Açıqlama

İdman
15 avqust 2026, 09:53

"Zaqatala" növbəti yoxlama oyununa çıxacaq

Cəmiyyət
15 avqust 2026, 09:08

Şabranda ailə 5 ildir qəzalı binada yaşayır - VİDEO

Hadisə
14 avqust 2026, 17:59

Oğuzda sel suları kəndə ziyan vurub

İdman
14 avqust 2026, 17:30

"Kəpəz"in futbolçusu "Zaqatala"ya keçdi

Hadisə
14 avqust 2026, 15:57

Göyçayda zəncirvari qəza: 6 nəfər xəsarət alıb

Cəmiyyət
14 avqust 2026, 15:18

Xaçmazda su xətti "dözmür": 8 təmirdən sonra yenə eyni mənzərə

Oxşar xəbərlər