top
Ləzgi dilində çəkilən ilk bədii film: “Soyuq günəş”
06 iyul 2023, 19:30
- ↺ +

Ləzgi dilində çəkilən ilk bədii film: “Soyuq günəş”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sədaqət Kərimovanın şəxsi maddi vəsaiti hesabına lentə alınan “Soyuq günəş” (Къайи рагъ) ekran əsəri ləzgi dilində çəkilən ilk bədii film hesab edilir. Ekran əsəri 2018-ci ildə real hadisələr əsasında lentə alınıb. Filmin təqdimatı 16-17 mart 2020-ci ildə “Nizami” kino mərkəzində edilməli idi. Lakin 6 gün qalmış karantin rejimi elan olunduğundan film “Youtube” portalında izləyicilərə təqdim olunub.

Ekran əsərinin əsas hadisələri 1940-cı illərə aiddir. Qusarın Həzrə (ləzgicə Яргун) kəndində bir-birini sevən iki gənc - Yarmət və Yarqunatın məhəbbətindən bəhs edir. Ancaq burada söhbət təkcə məhəbbətdən getmir. Filmin əvvəllində bu sözlər qeyd olunub: “Biz bu filmdə ləzgi xalqının özünəməxsus adət-ənənələrini, milli-mənəvi dəyərlərini göstərməyə çalışmışıq. Bu film bizim ləzgi xalqına böyük sevgimizin ifadəsidir”. Həmçinin film Böyük Vətən müharibəsi mövzusuna və onun ağır aqibətinə də toxunur.

Sədaqət Kərimovanın sözlərindən: ““Soyuq günəş” dramını 1998-ci ildə qələmə almışam. İlk arzum onun Azərbaycan və ya Dağıstanın hər hansı bir şəhər və ya əyalət teatrında səhnəyə qoyulması olub…”.

Filmin çəkilişləri Qusar rayonunun Həzrə kəndində və Türkiyədə aparılmışdır. Ekran əsəri ləzgi dili ilə yanaşı, həm də Azərbaycan və rus dillərində də nümayiş olunur. Film bütün Qafqazda, Rusiyada, Türkiyədə, Avropa və Asiya ölkələrində, ABŞ-də seyr edilir.

Ekran əsərinin ssenari müəllifi və bəstəkarı Sədaqət Kərimova, rejissoru Məlahət Əhməd, quruluşçu rejissoru Elşən Zeynallı, montajçı Nicat Qayıbov, səs rejissoru Teymur Kərimovdur. Baş rollarda isə İranə Kərimova və Mirsənan Kazımov çəkiliblər.

Hazırda film “Youtube”da Azərbaycan dilində 7 milyondan çox, rus dilində 4,5 milyon, ləzgi dilində isə 2 milyona yaxın baxış yığıb.

[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/07/videoplayback11.mp4"][/video]

 

İstinad edilən mənbələr:


 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Dünən, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Dünən, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Dünən, 09:34

Şimala qar yağdı

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Cəmiyyət
05 noyabr 2026, 18:10

Xaçmazda bayram konserti keçiriləcək

Cəmiyyət
05 noyabr 2026, 17:26

Samur-Yalama Milli Parkının yaranmasından 14 il ötür

İdman
05 noyabr 2026, 16:51

"Qəbələ" yeni forması ilə meydana çıxacaq

Cəmiyyət
05 noyabr 2026, 16:43

Prezident şimallı jurnalistləri təltif etdi

İqtisadiyyat
05 noyabr 2026, 15:41

Qubada sakinlərin müraciətləri əsasında aidiyyəti qurumlara tapşırıqlar verilib

Oxşar xəbərlər