top
Keçmiş Urva kənd məscidinin mollası Zülfəli Məhərov
08 sentyabr 2022, 19:00
- +

Keçmiş Urva kənd məscidinin mollası Zülfəli Məhərov

Zülfəli Əziz oğlu Məhərov (Əzizov) 1868-ci ildə Qusarın Urva kəndində anadan olub. O, milli hürriyyət və istiqlal ideyasını təbliğ edən ruhanilərdən idi.

Zülfəli kənddə Quran və dinə aid ibtidai təhsilini aldıqdan sonra Qubada orta və ali mədrəsədə təhsil almışdır. O, burada təhsil alarkən 12 dini və dünyəvi elmi öyrənmişdir.

Sovet dövründə Zülfəli Məhərova qarşı repressiyalar başlandı. Bu vəziyyətdə o, var-dövlətini, torpaq sahələrini könüllü şəkildə təhvil verdi, əvəzində altı oğlan və iki qız böyüyən ailəsinə toxunulmazlıq istədi.

Zülfəli Məhərov Urva kənd məscidinin mollası olub. 1971-ci ildə sovet hakimiyyəti Urva kənd məscidini sökmək istəyəndə, “Siz nə edirsiniz? Allah evini uçurmaq böyük günahdır” - deyə Zülfəli onları fikirlərindən yayındırmaq istəyir. Lakin ağsaqqalın sözlərinə məhəl qoymurlar və ibadətgahı dağıdırlar.

Zülfəli geniş dünyagörüşü və fenomenal yaddaşı ilə tanınmışdır. O, 104 yaşında 1918-ci ildə baş verən erməni daşnaklarının və bolşeviklərin törətdiyi qırğınları xatırlayırdı.

Onlardan biri bu idi: “Heç yadımdan çıxmır, 1918-ci ilin martının axırlarında Dağıstanın Filer kəndindən olan bolşevik Feyzulla Abbasov gəlmişdi…Martın 18-də və 19-da ermənilərin Bakıda və Şamaxıda törətdikləri qırğınlardan danışıb dedi ki, bu işləri görən… erməni daşnaklarıdır. Kənddə cəmi 20 tüfəng var idi. Bu, azlıq edirdi. Ona görə də silah əldə etmək üçün iki nəfərlə Qubaya yollandıq… Silah almaq üçün pulu Xürel kəndinin xeyirxah insanı olan Balamət Pirmətov vermişdi. O, bizə böyük dəstə yaratmağa kömək etdi və özü də ermənilərlə döyüşdü. Qubaya getdiyimizdən bir həftə sonra eşitdik ki, ermənilər şəhəri ələ keçiriblər”.

Zülfəli Məhərov 1974-cü ildə, 106 yaşında Qusarın Urva kəndində vəfat edib.

 

İstinad edilən mənbələr:


  • Müzəffər Məlikməmmədov. Qanlı dərə: 1918-ci il Quba faciəsi. Bakı-2019.

  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:30

"Şəki" köhnə futbolçusunu geri qaytardı

Kriminal
Bu gün, 10:50

Qəbələdə əkin sahəsini yandıran şəxs müəyyənləşdirilib

Hadisə
Bu gün, 10:37

Balakən sakinləri bıçaqlandılar - Bakıda içki məclisi qanla bitdi

Cəmiyyət
Bu gün, 10:01

Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır

Cəmiyyət
Bu gün, 09:15

Qubada reklam idarəsinə yeni rəis əvəzi təyin edildi

Cəmiyyət
Dünən, 17:50

Xaçmazda təbii qazın verilişi niyə dayandı? – Səbəb məlum oldu

Cəmiyyət
Dünən, 17:37

Xudatın mərkəzində asfalt "dalğalanır" – VİDEO

Kriminal
Dünən, 17:18

Qəbələdəki qətlin pərdəarxası

Hadisə
Dünən, 15:55

Qubada "Mercedes" və "İveco" toqquşdu: 5 nəfər xəsarət alıb

Hadisə
Dünən, 14:39

Şamaxıdan olan görkəmli hüquqşünas Arif Əliyev vəfat edib

Cəmiyyət
Dünən, 14:35

Şabranda ekoloji fəlakət - Tullantılara kim nəzarət edir?

Cəmiyyət
Dünən, 12:57

Xaçmazlı hərbçiyə general-leytenant rütbəsi verildi

Faydalı
Dünən, 11:11

Bakı–Qəbələ–Bakı qatarlarının qrafiki dəyişir

Kriminal
Dünən, 10:34

Balakəndə qarğıdalı sahəsində 21 kiloqram narkotik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 09:42

Siyəzəndə "Elvin" kafesində yanğın baş verib - VİDEO

Hadisə
Dünən, 08:44

Oğuzda mal tövləsi yanaraq yararsız vəziyyətə düşüb

Faydalı
15 avqust 2026, 18:00

Qubada avtomobillərin sayı 25 mini ötüb

Cəmiyyət
15 avqust 2026, 17:42

Xaçmazda xəstə şəxsin görüntülərini paylaşaraq pul yığan şəxs cəzalandırılıb

İdman
15 avqust 2026, 17:33

Şimalın 6 rayonunda küləklə bağlı sarı xəbərdarlıq

İdman
15 avqust 2026, 16:50

"Zaqatala"da yeni təyinatlar

Hadisə
15 avqust 2026, 15:59

Ağdaşda avtomobil su kanalına düşüb

Cəmiyyət
15 avqust 2026, 14:37

Oğuzda sel təhlükəsi: Qalaçaya 7 ağır texnika cəlb olunub

Cəmiyyət
15 avqust 2026, 14:03

Ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir

Cəmiyyət
15 avqust 2026, 13:03

Quba–Qusar yolunda təhlükəli ərazi – VİDEO

Oxşar xəbərlər