top
“İldırımsürətli” lokal xarakterli antiterror əməlliyatından 1 il ötür
19 sentyabr 2024, 00:01
- ↺ +

“İldırımsürətli” lokal xarakterli antiterror əməlliyatından 1 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror əməliyyatından bir il keçir.

Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, təmas xəttinin 2 km genişliyində 100 km-ə yaxın ərazilərdə minalanmasının davam etdirilməsi, 500-dən artıq döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, 480 km-dək təmas xətti boyu bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək məqsədilə 200-dən artıq müşahidə kamerası quraşdırılması, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Sentybarın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də əvvəlcədən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıblar.

Düşmənin ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı.  Antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

ShimalNews xəbər verir ki, hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin ümumilikdə 192 həbri qulluqcu şəhid olub, 511 hərbi qulluqçusu isə yaralanaraq öz qanı ilə tarix yazıb. Həmçinin hərbi əməliyyatlar zamanı Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 12 hərbi qulluqçusu da şəhidlik zirvəsinə ucalıb. Terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki şəxs həlak olub.

Təxribatın qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Şimal bölgəsindən olan hərbçilərin siyahısını təqdim edirik:

Xaçmaz rayonundan şəhidliyə ucalan polkovnik-leytenant Vüsal Rüstəmov; kiçik çavuş Amid Qədirov; gizir Ceyhun Şıxəliyev; kiçik çavuş Tural Ağcabəyov; əsgər Devid Cəlilov; əsgər Osman Ağaxanov; MAHHXHQ çavuş Əlibəy Əlibəyov; MAHHXHQ kiçik çavuş Ağami Əlişanov; MAHHXHQ Tapdıq Xələfov; MAHHXHQ çavuş Elvin Qayibov; əsgər Xanbaba Ələmmədov; polis əməkdaşı Asim Camalzadə;

Qusar rayonundan əsgər Murad İsgəndərov; baş gizir Oleq Cəfərov; MAHHXHQ Niyazi Məmmədəliyev; kiçik çavuş Ramazan Nurməhəmmədov; əsgər Sergey Heybətov;

Quba rayonundan MAHHXHQ Səbuhi Əliyev; leytenant Tapdıq Bayramov; gizir İxtiyar Bayramov; əsgər Altun Əliyev; əsgər Emral Həsənov; əsgər Sənan Qəhrəmanov;

Şabran rayonundan baş leytenant Elçin Səmədov; kiçik-leytenant Vüqar İsmayılov; gizir Sahil Aslanov;

İsmayıllı rayonundan əsgər Məhəmməd Xəlilov; MAHHXHQ Cahan Qasımov; leytenant Elxan Məmmədli;

Siyəzən rayonundan baş-leytenant Cavid Mirzəyev; əsgər Nihat Mustafayev.

Allah şəhidlərimizə rəhmət etsin!

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər