top
Dağ yəhudilərinin “Bar miçva” ənənəsi
06 sentyabr 2022, 13:30
- ↺ +

Dağ yəhudilərinin “Bar miçva” ənənəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubanın Qırmızı qəsəbəsində yaşayan dağ yəhudilərinin ənənəvi mərasimlərindən biri “Bar miçva”dır.

Bu xüsusi mərasim oğlan uşağının 13 yaşında yetkinlik dövrünə çatması ilə bağlı keçirilir. Hesab edilir ki, bu yaşdan sonra oğlan artıq öz müqəddəratını özü həll etməli, müstəqil həyatını qurmalıdır, məsuliyyətli olmalıdır.

İnanca görə, bu vaxta qədər uşağın tərbiyəsi və elədiyi əməllərə görə məsuliyyəti onun valideynləri daşıyıb. Buna görə də “Bar miçva” günü ata belə deyib, xeyir-duasını verir: “Məni övladıma görə əzabdan qurtarana şükürlər olsun”.

Bunu deməklə valideyn ona tərbiyə verməsinin nəticəsi haqqında “hesabat” verir, övladını sanki bu bayramda bütün xalqı təmsil edən cəmiyyətə ötürür. Beləliklə, uşaq cəmiyyətin tamhüquqlu üzvü hesab edilir.

Mərasim həmin uşağın 9 kişi ilə bərabər sinaqoqda dua oxuması ilə başlanır. Burada Tövratdan ayələr oxuyur, ibadət edirlər. Dualara “amin” deyən kişilərin sayı 10-dan az olmamalıdır. İnanca görə, “amin” deyənlərin sayı 10 nəfərdən az olarsa, dualar qəbul olunmaz.

Sinaqoqda ibadət bitəndən sonra qonaqlar evə keçib, şənliyi orada davam edirlər. “Bar miçva”nı qeyd edənlərə, adətən, hədiyyələr verilir. Əgər hədiyyə olaraq pul verilirsə, onu, adətən, xeyriyyə məqsədləri üçün xərcləyirlər.

İstinad edilən mənbələr:

Son xəbərlər

Hadisə
Bu gün, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Bu gün, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Bu gün, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Bu gün, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Bu gün, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Bu gün, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Bu gün, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Bu gün, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Bu gün, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Bu gün, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Bu gün, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Bu gün, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Bu gün, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Bu gün, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Bu gün, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Bu gün, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Bu gün, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Bu gün, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Dünən, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
17 oktyabr 2026, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
17 oktyabr 2026, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Oxşar xəbərlər