top
Bu gün xaçmazlı yazıçı və publisist Xuraman Vəfanın doğum günüdür
09 iyul 2023, 11:00
- ↺ +

Bu gün xaçmazlı yazıçı və publisist Xuraman Vəfanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xuraman Məcid qızı Cəlilova 9 iyul 1959-cu ildə Xaçmaz rayonunun Qaraqurdlu kəndində anadan olub. O, “Xuraman Vəfa” kimi tanınıb.

Xuraman Vəfa ilk təhsilini Xaçmazda 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, 1976-1977-ci illərdə birillik mühasibat uçotu kursunda təhsilini davam etdirmişdir. Xuraman Cəlilova 1993-1998-ci illərdə San-Marino Beynəlxalq Elmlər Akademiyasında qiyabi təhsil alıb. Daha sonra isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. O, 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsilini alıb.

Şairə bədii yaradıcılığa kiçik vaxtlardan başlasa da, onun “Ana” adlı ilk mətbu şeiri 1977-ci ildə “Azərbaycan qadını” jurnalında dərc olunmuşdur. Xuraman Vəfanın şeirləri sırasında “Məni məndən soruş”, “Xoş gəldin, bahar”, “Bayram axşamı”, “Qurbanın olum”, “Mənim taleyimlə işin olmasın”, “Dözə bilmərəm”, “Bu hicran bir qəlbi yaralayacaq”, “Yadımdan çıxdı”, “Ürəyim”, “Soraqlı könlüm”, “Sənli günlər… sənli anlar”, “Nə tez unutdun” və digərləri var.

Xuraman Vəfa 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildən isə Jurnalistlər Birliyinin üzvüdür. O, 2003-cü ildən “Vəfa” ədəbi-bədii, ictimai-publisistik jurnalının təsisçisi və baş redaktoru idi.

Şairənin “Səni, sənsiz” adlı ilk kitabı 1995-ci ildə çap olunmuşdur. Həmçinin o, “Acı həqiqət”, “Soraqlı könlüm”, “Sevənlər bilər”, “Bir gün dönəcəksən”, “Taleyimiz, yaddaşımız”, “Bir ömür azdır mənə” kitablarının müəllifidir. Şairənin “Məhəbbət çətin şeydir” adlı kitabı, həmçinin Tbilisidə gürcü dilində nəşr edilmişdir.

Xuraman Vəfanın sözlərinə bir çox bəstəkarlar mahnı yazıb, müğənillər isə ifa ediblər. Onlardan ən məşhurları Aygün Kazımovanın “İndi sənsiz”, Faiq Ağayevin “Gözlərim axtarır səni”, “Əlvida” mahnısı və digərləridir.

Xuraman Vəfa “Qızıl qələm”, “Simurq”, “Akademik Yusif Məmmədəliyev” mükafatlarının laureatı olmuşdur, “İlin şairi” ali dərəcəli diplomuna və “Məhsəti Gəncəvi” mükafatına layiq görülmüşdür.

İstinad edilən mənbələr:

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Dünən, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Dünən, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Dünən, 09:34

Şimala qar yağdı

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Cəmiyyət
05 noyabr 2026, 18:10

Xaçmazda bayram konserti keçiriləcək

Cəmiyyət
05 noyabr 2026, 17:26

Samur-Yalama Milli Parkının yaranmasından 14 il ötür

İdman
05 noyabr 2026, 16:51

"Qəbələ" yeni forması ilə meydana çıxacaq

Cəmiyyət
05 noyabr 2026, 16:43

Prezident şimallı jurnalistləri təltif etdi

İqtisadiyyat
05 noyabr 2026, 15:41

Qubada sakinlərin müraciətləri əsasında aidiyyəti qurumlara tapşırıqlar verilib

Oxşar xəbərlər