top
Bu gün xaçmazlı tədqiqatçı Qələmşah İdrisovun doğum günüdür
18 iyun 2023, 12:00
- ↺ +

Bu gün xaçmazlı tədqiqatçı Qələmşah İdrisovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qələmşah İdrisov 18 iyun 1964-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub.

İdrisov orta məktəbi bitirdikdən sonra, 1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsinə qəbul olunub. O, 1983-1985-ci illərdə Rusiya Federasiyasının Xabarovsk vilayətində hərbi xidmətdə olarkən Baykal-Amur Magistralının tikintisində tərtibçi rəssam işləmiş və uğurlu yaradıcı fəaliyyətinə görə RSFSR Ali Soveti tərəfindən medalla təltif edilmişdir.

Qələmşah İdrisov 1988-ci ildə Sankt-Peterburq Rəssamlıq Akademiyasında və Ermitajda təsviri sənət nəzəriyyəsi üzrə kurslardan keçmişdir. O, 1989-cu ildə əmək fəaliyyətinə Xaçmazın Qıraqlı kənd tam orta məktəbində başlamışdır.

İdrisov 1992-1993-cü illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialında müəllim kimi çalışmağa başlamışdır. O, 2000-ci ildən indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında müəllim, metodist, kafedra müdiri, direktor müavini kimi çalışmışdır.

Qələmşah İdrisov 2007-ci ildə Bakı Dövlət Universitetinin filologiya üzrə Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. O, 2014-cü ildən Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında Pedaqoji fakültənin dekanı kimi fəaliyyət göstərir.

İdrisov 10 elmi əsərin, 50-dən çox elmi-metodik, publisistik məqalələrin, 7 kitabın müəllifidir. Onun respublikanın müxtəlif qəzet və jurnallarında 100-dən çox elmi, metodiki, publisistik məqalələri işıq üzü görüb. O, “Ürəyimi açıram”, “Qıraqlı toponimi və qıraqlılar”, “Azərbaycan dilində təsviri sənət terminləri”, “Yurd sevgisi”, “Professor Qəzənfər Kazımov və Azərbaycan dilçiliyi”, Xaçmaz rayonunun 80 illiyinə ithaf etdiyi “Xaçmaz toponimləri”, “Toponimika”, “Zəfər çələngi” adlı kitabların müəllifidir.

Qələmşah İdrisov Qubada fəaliyyət göstərən “Gülüstan” elmi-ədəbi məclisinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, “Qızıl qələm”, “Səməd Vurğun”, “Araz” ədəbi mükafatlarına layiq görülüb.

İstinad edilən mənbələr:

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Dünən, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Dünən, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Dünən, 09:34

Şimala qar yağdı

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Cəmiyyət
05 noyabr 2026, 18:10

Xaçmazda bayram konserti keçiriləcək

Cəmiyyət
05 noyabr 2026, 17:26

Samur-Yalama Milli Parkının yaranmasından 14 il ötür

İdman
05 noyabr 2026, 16:51

"Qəbələ" yeni forması ilə meydana çıxacaq

Cəmiyyət
05 noyabr 2026, 16:43

Prezident şimallı jurnalistləri təltif etdi

İqtisadiyyat
05 noyabr 2026, 15:41

Qubada sakinlərin müraciətləri əsasında aidiyyəti qurumlara tapşırıqlar verilib

Oxşar xəbərlər