top
Bu gün dünya şöhrətli həkim Qavriil İlizarovun vəfat etməsindən 31 il ötür
24 iyul 2023, 13:00
- ↺ +

Bu gün dünya şöhrətli həkim Qavriil İlizarovun vəfat etməsindən 31 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əslən qusarlı olan həkim-travmatoloq Qavriil Abramoviç İlizarov 15 iyun 1921-ci ildə indiki Polşanın Belovej kəndində qusarlı dağ yəhudi ailəsində anadan olub.

1928-ci ildə İlizarov ailəsi ilə Qusara köçüb. Ailəsi yoxsul olduğuna görə o, məktəbə 11 yaşında gedib. 1939-cu ildə Krımdakı Simferopol Tibb institutuna daxil olub. 1944-cü ildə universiteti bitirəndən sonra ilk fikri müharibəyə yollanmaq olsa da, həkim olduğu üçün cəbhəyə buraxılmayıb. Ona görə ki, həmin vaxt təyinat aldığı Rusiyanın Kurqan şəhərində İlizarov yaralıların müalicəsi ilə məşğul olurdu.

İlizarovun tibb sahəsində uğuru onun 1950-ci ildə “Kompression-distraksion üsulu”nu (İlizarov aparatı da deyirlər) icad etməsidir. Bu üsul sınmış sümüklərin müalicəsinə imkan verir, şikəstlik hallarını olduqca azaldır. Lakin onun icad etdiyi həmin aparat uzun müddət həkimlər arasında tanınmadı. 1952-ci ildə aparat İlizarovun adını aldı. 1982-ci ildən onun üsulu xaricdəki xəstəxanalarda tətbiq olunur. 1971-ci ildən Kurqanda onun rəhbərliyi ilə Eksperimental Ortopediya və Travmatologiya İnstitutu yaradıldı.

İlizarov aparatının II Qarabağ müharibəsi zamanı yaralanmış yüzlərlə Azərbaycan hərbçisinin taleyində xüsusi rolu olmuşdur. Ordu təchizatı layihəsi çərçivəsində İlizarov aparatından 3500 ədəd sifariş olunmuşdur.

Dünya şöhrətli cərrah akademik İlizarov “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülüb. O, 40 il ərzində 600 min xəstəni sağaldıb. İlizarov İspaniya, Fransa, İngiltərə, ABŞ-yə dəvət olunub.

Qavriil İlizarov 24 iyul 1992-ci ildə Rusiyanın Kurqan şəhərində ürək çatışmazlığından vəfat edib. O, Rusiyanın Kurqan şəhərinin Ryabkovo kəndində dəfn olunub.

İlizarov haqqında məqalələr, bədii oçerklər, romanlar və hekayələr yazılıb. Ukraynalı astronom Lyudmila Karaçkina 1982-ci ildə kəşf etdiyi asteroid 3750-ni Qavriil İlizarovun şərəfinə adlandırıb. 2021-ci ildə Qusar rayonunun Qavriil İlizarov və Fəxrəddin Musayev küçələrinin kəsişməsində İlizarov aparatına abidə ucaldılmışdır.

İstinad edilən mənbələr:

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Dünən, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Dünən, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Dünən, 09:34

Şimala qar yağdı

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Cəmiyyət
05 noyabr 2026, 18:10

Xaçmazda bayram konserti keçiriləcək

Cəmiyyət
05 noyabr 2026, 17:26

Samur-Yalama Milli Parkının yaranmasından 14 il ötür

İdman
05 noyabr 2026, 16:51

"Qəbələ" yeni forması ilə meydana çıxacaq

Cəmiyyət
05 noyabr 2026, 16:43

Prezident şimallı jurnalistləri təltif etdi

İqtisadiyyat
05 noyabr 2026, 15:41

Qubada sakinlərin müraciətləri əsasında aidiyyəti qurumlara tapşırıqlar verilib

Oxşar xəbərlər