top
Azərbaycanın hər bölgəsində ali təhsil müəssisəsi olmalıdır?-RƏYLƏR
07 noyabr 2024, 14:01
- ↺ +

Azərbaycanın hər bölgəsində ali təhsil müəssisəsi olmalıdır?-RƏYLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024-2025-ci tədris ilində Azərbaycanda iki yeni universitet – Xankəndidə Qarabağ Universiteti, Bakıda isə Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başladı. Naxçıvan Universiteti isə fəaliyyətini dayandırdı, tələbələr başqa universitetlərə köçürüldülər. Bununla da ölkədəki ali təhsil müəssisələrinin sayı 53-ə yüksəlib, sonradan 52-yə endi. Dövlət Statistika Komitəsinin 2023/2024 tədris ilindəki göstəricilərinə əsasən, ölkədə fəaliyyət göstərən 51 ali təhsil müəssisəsindən 40-ı dövlət ali təhsil müəssisəsi, 11-i isə qeyri-dövlət ali təhsil müəssisəsi olub. Bundan başqa, statistik göstərcilərə görə, 2017-2020-ci illərdə 7 filial fəaliyyət göstərib. Son 4 il ərzində isə bir neçə yeni filialın fəaliyyətə başladığı bilinir. Həmçinin bu universitetlərdən sadəcə 8-i (Qarabağ Universitetindən başqa) bölgələrdə yerləşir.

Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıtda Sumqayıt Dövlət Universiteti, Lənkəranda Lənkəran Dövlət Universiteti, Mingəçevirdə Mingəçevir Dövlət Universiteti, Naxçıvanda isə Naxçıvan Dövlət Universiteti və Müəllimlər İnstitutu fəaliyyət göstərir. Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt, Ağcabədi, Şəki, Cəlilabad, Quba, Zaqatala, Qazax, Mingəçevir, Gəncə, Salyan və Şamaxıda filialları mövcuddur. Bununla yanaşı, ADA Universitetinin Qazax Mərkəzi və Şəkidə düşərgəsi var.

Göründüyü kimi, əhalisinin sayı 10 milyon olan bir ölkə kimi Azərbaycanda kifayət qədər ali təhsil ocağı var. Ali təhsil müəssisələri ətrafında bu günə qədər aparılan müzakirələrin əksəriyyəti isə Bakıda yerləşən universitet/akademiyaların bölgələrə köçürülməsidir ki, hələlik bu istiqamətdə heç bir işin aparılmadığı məlumdur. Regionlarda yeni ali təhsil müəssisələrinin yaradılması məsələsinin də gündəmdə olmadığı görünür. Bölgələrdə universitetlərin qurulmasının həmin regionların inkişafına necə töhfə verəcəyi və hansı rayonların ali təhsil müəssisələrinin yaradılması üçün uyğunluğu isə aktualdır.

Shimal.News-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bölgələrdəki ali təhsil ocaqlarının fəaliyyəti barədə danışıb.

Bölgələrdə ali təhsil müəssisələrinin açılmasının regionun inkişafına müsbət töhfə verdiyini bildirən Elçin Süleymanov mövcud universitetlərin fəaliyyətlərinin təkmilləşdirilməsinin əsas məsələ olduğunu söyləyib:

“Hazırda ölkəmizin böyük yerləşim məkanlarında – Lənkəran, Mingəçevir, Gəncə, Qazax və Xankəndidə – universitetlər var. Regionlarda yeni universitetin açılmasındansa, mövcud universitetlərin daha yaxşı inkişafı, fəaliyyətinin təkmiləşdirilməsi fikrini müdafiə edirəm. Çünki bir universitet açmaq, onun formalaşması, ənənənin yaranması asan deyil, bunun üçün 30-40, hətta 50 il lazımdır. ADA Universitetinin Şəkidə Dizayn və memarlıq fakültəsi və Qazax Mərkəzi var, eyni zamanda, Qubada universitetlərin filialları var. Demək olar ki, əhalisinin sayı kifayət qədər, məsələn, 100 minə qədər olan bütün regionlarımızda universitet var. Bundan sonrakı addım o universitetlərin daha yaxşı inkişafına dəstək verməkdir”.

“Xankəndidəki Qarabağ Universiteti fəaliyyətə kifayət qədər uğurla, yaxşı başladı. Tələbələrin səviyyəsi, professor-müəllim heyətinin hazırlıqlı kontingentdən seçilməsi və dövlət dəstəyi ilə bu universitetin regionun parlayan ali təhsil ulduzlarından olacağını düşünürəm”, - deyən təhsil eksperti regionlarda həm tələbələrin, həm də müəllimlərin keyfiyyətinin artırılması, maddi-texniki bazanın yaxşılaşdırılması zərurəti olduğunu vurğulayıb:

“Digər region universitetlərində də inkişaf gözlənilir. Gəncədə Aqrar Universiteti, Texnologiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetində yeni düşərgə və yataqxana tikintisi… Bütün bunlar onu deməyə əsas verir ki, bölgələrdə universitetlər aktivdir, inkişaf edir. Təbii ki, pedaqoji kadr məsələsi regionda br az çətindir. Lakin Qarabağ Universitetindəki təcrübə müəyyən dövlət dəstəyi ilə regiondakı ali təhsil müəssisələrinə də tətbiq edilə bilər. Regionlarda həm tələbələrin, həm də müəllimlərin keyfiyyətinin artırılması, maddi-texniki bazanın yaxşılaşdırılması zərurəti var. Çünki regionda təhsil alan tələbələr həmin bölgələrin inkişafına böyük dəstək verirlər”.

Elçin Süleymanov qeyd edib ki, regionlardakı ali təhsil müəssisələrinin inkişafı ilə əlaqədar dövlət proqramının olması vacibdir:

“Hazırda Xankəndidə bir cəmiyyət formalaşır: tələbə, müəllim və digərləri. Qərbdə də, dünyanın məşhur universitetlərində də belə olub, yəni əvvəl universitet olub, sonra isə ətrafında cəmiyyət formalaşıb. Həm ticarət, həm ictimai iaşə müəssisələri, həmçinin digər sənayelər universitetə görə formalaşıb. Burada o regionlara həm iqtisadi, həm elmi-akademik tədqiqat qatqısı var. Regionlarda universitet proqamları da bölgə göstərcilərinə, iqliminə, coğrafiyasına uyğun olmalıdır. Düşünürəm ki, regionlardakı ali təhsil müəssisələrinin inkişafı ilə əlaqədar dövlət proqramı olsa, daha faydalı olar”.

Təhsilin idarəolunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov isə Shimal.News-a açıqlamasında regionlarda ali təhsil müəssisələrinin açılmasının önəmindən bəhs edib.

Qoşqar Məhərrəmov bölgələrdə universitetlərin açılması üçün bir sıra şərtlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb:

“Bölgələrdə təhsil müəssisələrinin açılmasının mütləq mənada tərəfdarıyam. Ancaq mütləq infrastruktur və elmi hazırlıq aparıldıqdan sonra oralarda ali təhsil müəssisələri açılmalıdır. Əgər bu hazırlıqlar aparılmadan universitetlər açılsa, o zaman universitetin sadəcə adı olacaq, universitet havasını regiona apara bilməyəcəyik”.

Regionlarda universitetlərin açılmasının sosial rifahın artmasına faydası olduğunu vurğulayan mütəxəssis: “Sosial-iqtisadi rifah əhalinin çox olduğu yerlərdə artır: mübadilə çox olur, alış-satış çoxalır, insanlar evlərini kirayə verir, mallarını sata bilirlər. Amma region boşalanda, urbanizasiya nəticəsində hamı şəhərə axın edib bölgədə heç kim qalmayanda, əlbəttə, orada iqtisadi vəziyyət pisləşəcək. Sosial-iqtisadi fayda ilə yanaşı, mədəni cəhətdən də faydası var. Oraya universitetlə bərabər mədəniyyət – teatr, opera, tamaşa gedəcək, bu da mədəni inkişafa töhfə verəcək. Fərqli mədəniyyətlərin daşıyıcıları, müəllimlər, akademiklər regiona gedəcək, beləcə oranın ab-havası dəyişəcək”, - deyə qeyd edib.

Qoşqar Məhərrəmov hər bölgədə universitetin açılmasının zəruriliyini xüsusilə diqqətə çatdırıb:

“Bölgələrdə universitet açarkən regionları nəzərə almaq lazımdır. Hər regionda filial kimi yox, müstəqil universitet kimi bir yaxşı ali təhsil ocağı açılmalıdır. Hansı rayon olmasının çox da əhəmiyyəti yoxdur. İnsanlar, məsələn, deyə bilərlər ki, Lənkəranda açılsın, bəlkə Astarada daha yaxşı olacaq?! Yaxud Şəkidə açılmasının tərəfdarı ola bilərlər, ancaq ola bilsin ki, bu universitet Zaqatalada daha yaxşı fəaliyyət göstərəcək. Qısası, regionlarda universitetlərin açılmasını önəmli hesab edirəm”.

Mütəxəssis sözlərini: “Universitetlərin həmin bölgələrə çox böyük töhfələr verəcəyini düşünürəm. Elmi-fiziki infrastruktur, internet, elmi baza, kitab, laboratoriya kimi hazırlıqlar aparıldıqdan sonra universitetlərin açılmasının regionların canlanmasına, ölkədə rifahın yüksəlməsinə, elmi inkişafa böyük töhfələr verə bilər”, - deyə yekunlaşdırıb.

Aqil Bəkir

Son xəbərlər

İdman
Bu gün, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
29 oktyabr 2026, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
29 oktyabr 2026, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
29 oktyabr 2026, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
29 oktyabr 2026, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
29 oktyabr 2026, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
29 oktyabr 2026, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
29 oktyabr 2026, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Oxşar xəbərlər