Sel sularının İsmayıllıda yerli əhəmiyyətli avtomobil yoluna vurduğu zərər aradan qaldırılıb. Bu haqda ShimalNews 7 iyun tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.
Sərdahar, Kürd Eldarbəyli, 2-ci Yeni yol və Dahar kəndlərinin yollarında lil və qaya parçaları maneələr yaradıb. Bu səbəbdən “9 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub.
Hazırda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub