Xaçmaz rayonunun Xudat şəhərində sakinlərin avtobus marşrutu ilə bağlı arzuları gerçəkləşib. Bu haqda ShimalNews 14 fevral tarixində məlumat verir.
Marşrut xətti “Aşağı məhəllə”-”Yuxarı məhəllə”-“2 nömrəli məktəb”-“Xudat restoranı”-“Yuxarı avtovağzal” istiqamətində keçir. Gediş haqqı isə 40 qəpik təşkil edir.
Marşrutun açılmasına təşəbbüs Millət vəkili Sevil Mikayılova tərəfindən irəli sürülüb.